Modern.az

Eynulla Fətullayev Ümumdünya Media Konqresində danışacaq

Eynulla Fətullayev Ümumdünya Media Konqresində danışacaq

20 İyun 2012, 14:08

İyunun 21-dən 27-dək Trnidad və Tobaqoda  Ümumdünya Media İnstitutunun növbəti konqresi keçiriləcək. Bu gün Ümumdünya Media İnstitutu xüsusi press-relizlə çıxış edərək Konqresdə iki jurnalistin çıxışını elan edib. Bu azərbaycanlı jurnalist Eynulla Fətullayev və yenicə məhbəsdən çıxmış türk jurnalisti Nedim Şenerdi. Fətullayev və Şener məhbəs həyatından keçmiş jurnalistlər kimi Azərbaycanda və Türkiyədə söz azadlığının durumu, media ilə bağlı yaranmış vəziyyətdən danışacaqlar.

Qeyd edək ki, Şener də Fətullayev kimi saxta ittihamlarla həbs edilərək, bir müddət məhbəsdə olub, onun həbsinin isə əsl motivi kimi Hrant Dinkin qətlində türk xüsusi xidmət orqanlarını ittiham etməsi göstərilir. Səfərqabağı ümumdünya konqresdə iştirakını şərh edən E.Fətullayev bildirdi ki, bu konqres həm də ona görə Azərbaycan üçün önəmlidir ki, bu İnstitut sentyabr ayında Bakıda çox möhtəşəm bir konfrans keçirəcək:

”Mən də İnstitutun Azərbaycan Milli Komitəsinin üzvü kimi bu konfransın Azərbaycanda söz azadlığının imkişafına verəcəyi səmərə üçün calışacam".

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi