Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) qurultayı keçiriləcək.
Milli Şuranın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qurultay 30 iyun 2012-ci il tarixində baş tutacaq. Qurultayda Milli Şuranın ötən dövr ərzində gördüyü işlərin hesabatı dinləniləcək. Bundan başqa ARGTMŞ-ın sədrliyinə və digər seçkili orqanlara seçkilər keçiriləcək. Hazırda Milli Şuranın sədrliyinə 3 namizəd var. Bunlar Mirhəsən Seyidov, Gülsel Səfərova və Şahin Seyidzadədir. Qeyd edək ki, hazırda sədrlikdən əlavə ARGTMŞ-ın büro üzvlüyünə və digər seçkili orqanlara 18 namizəd var. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının hazırki sədri millət vəkili Fuad Muradovdur.