Bakı Dövlət Universiteinin rektoru Abel Məhərrəmov imtahanlarda tələbələrin kəsilməsi və kursda qalması barədə Modern.az-ın suallarına cavabında bunları deyir:
”Azərbaycan təhsil sistemi Boloniya prosesi tətbiq olunduğuna görə müəyyən çətin dövrünü keçir. Bəzən valideynlər gəlir ki, mənim uşağım 4-cü kursda oxuyur amma necə olur ki, onun aşağı kurslarda borcu qalıb. Yaşlı nəsil sovet təhsil sistemində oxuyub. O zamandan belə yadda qalıb ki, ali məktəbə qəbul olunan tələbəlnin 99 faizi ali məktəbi başa vurur. Ancaq Boloniya prosesində tələbənin sonrakı dönəmlərdə də imtahan verməsinə şərait yaradılır. Əgər imtahandan
keçə bilmirsə, həmin kursu yenidən bitirməlidir. Təəssüflər olsun ki, bəzi tələbələr vaxtında buna diqqət etmirlər. Valideynlərin də məsuliyyəti var ki, övladlarını buna hazırlasınlar”.
A.Məhərrəmov deyir ki, bu gün dünya təcrübəsi tələb edir ki, Azərbaycan həmin sistemə keçsin. “Oksford, Kembric Universtitetində məzunların statistik sayı 18-20 faiz arasında olur. Ən yüngül universitetlərdə statistika 60 faizdən yuxarı deyil”.
Modern.az