Modern.az

Qəzzada Bəhreyn-İsrail razılaşması əleyhinə yürüş

Qəzzada Bəhreyn-İsrail razılaşması əleyhinə yürüş

Dünya

13 Sentyabr 2020, 12:22

Qəzza zolağında Bəhreynin İsrail ilə sülh razılaşmasına qarşı yürüş keçirilib.

 

Modern.az xəbər verir ki, məlumatı Fələstinin "Maan" agentliyi yayıb.

 

Məlumata əsasən, Fələstinin Qurtuluşu üçün Demokratik Cəbhənin onlarla fəalı ABŞ-İsrail-Bəhreyn anlaşmasına qarşı şüar və plakatlarla BMT-nin Qəzzadakı ofisi qarşısında toplaşıb.

 

Cəbhənin sözçüsü Nabil Atallanın sözlərinə görə, Bəhreyn və İsrail arasında razılaşma xarici işlər nazirlərinin görüşündə Ərəb Birliyi milli vəzifəsini və milli siyasətini tərk edərək Amerika-İsrail birliyini dəstəkləməsindən sonra verilib:

 

“BƏƏ-dən sonra imzalanacaq olan Bəhreyn və İsrail arasındakı münasibətlərin normallaşdırılmasına dair bu razılaşma ilə Amerika rəhbərliyi və İsrail höküməti arxamızda regional bir quruluş yaratmaq, Fələstin problemini və fələstin xalqının milli hüquqlarını pozmağa çalışırlar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama