Modern.az

Gəncə Avropanın “gənclər paytaxtı” olmağa iddialıdır

Gəncə Avropanın “gənclər paytaxtı” olmağa iddialıdır

21 İyun 2012, 12:19

Azərbaycanın ilk gənclər paytaxtı olan Gəncə Avropanın da gənclər paytaxtı olmağa iddialıdır. Bu məqsədlə lazımi sənədlər artıq aidiyyatı üzrə təqdim edilib.

 “Avropa 2015” müsabiqəsinə qatılan Gəncənin sənədlər toplusu müsabiqənin şərtlərinə uyğun olaraq artıq avropalı münsiflərə təqdim edilib. Üç mərhələdən ibarət olan müsabiqənin seçmə mərhələsində gəncəli gənclərin layihələri əsasında reallaşan tədbirlər də nəzərə alınacaq. Gəncə şəhəri ilk dəfədir ki, bu müsabiqəyə qatılıb. İlkin mərhələdə 14 iddialı şəhər müsabiqəyə qatılıb və qaydalara uyğun olaraq 10 şəhər ikinci mərhələyə keçib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mikayıl Zeynalov Modern.az-a bildirib: “Gəncə şəhəri ilk onluğa düşdü və onluqda öz mübarizəsini Avropanın bir sıra ölkələri ilə birgə davam etdirir. İyul ayının 4-də isə bu onluqdan üç şəhər seçiləcək”.

Müsahibimiz bildirib ki, Gəncə ilə bağlı hazırlanmış təkliflər ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Seçim ərəfəsində beynəlxalq gənclər qurumları ilə Gəncədən olan nümayəndələrin görüşü zamanı vurğulanıb ki, onlar Gəncə şəhərinə dəstək verməyə çalışacaqlar. 2014-cü ildə Avropanın “gənclər paytaxtı” olan Saloniki şəhəri ilə Gəncənin qardaşlaşması istiqamətində iş aparılır.

Əgər Gəncə müsabiqənin 3-cü mərhələsinə keçsə Avropanın “gənclər paytaxtı” adı uğrunda mübarizə aparacaq. Oktyabrda isə final mərhələsində yarışan 3 şəhərdən biri 2015 -ci ildə bu ada layiq görüləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi