Modern.az

İnternetin keyfiyyəti niyə aşağıdır?

İnternetin keyfiyyəti niyə aşağıdır?

21 İyun 2012, 14:16

Nazirliyin sözçüsü: “Problemin varlığı uydurmadır”

İldən-ilə Azərbaycanda internetin qiyməti ucuzlaşsa da, sürətin artması ilə bağlı ciddi addım atılmayıb. Bir neçə il bundan əvvəllə müqayisədə internetin qiyməti bir neçə dəfə ucuzlaşaraq qonşu ölkələrdəki səviyyəyə çatsa da, xidmətin keyfiyyəti aşağıdır. Son günlər isə internet istifadəçiləri “Eurovision–2012” ərəfəsində internetin daha yüksək olduğunu, indi, yəni mahnı yarışması bitdikdən sonra isə yenidən sürətin aşağı düşdüyündən şikayət edirlər.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov Modern.az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda tələbatdan artıq və sürətli internet var: “Ümumiyyətlə, Azərbaycanda kifayət qədər internet resursu var. Sadəcə olaraq internet istifadəçiləri interneti hansı meqabaytda, hansı gücdə istifadə etməklərinə nəzarət etməlidirlər. İnternetdən istifadə edərkən buna diqqət yetirməlidirlər. “Eurovision”dan əvvəl də, indi də internet yüksək səviyyədədir. Ölkədə internetlə bağlı heç bir problem yoxdur”.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi