Modern.az

Sabah yağış yağacaq, külək əsəcək

Sabah yağış yağacaq, külək əsəcək

21 İyun 2012, 14:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyunun 22-dəhava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı istisna olunmur.

Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 17-21, gündüz 27-31 dərəcə isti olacağı gözlənilir

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/san təşkil edəcək.

Havanın temperaturunun gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi