Təhsil Nazirliyinin adının açıqlanmamasını istəyən əməkdaşının Modern.az-verdiyi məlumata görə, Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) adı dəyişdiriləcək.
Akademiyanın tədris işləri üzrə prorektoru Qasım Məmmədov da əməkdaşımızla söhbət zamanı məlumatı təsdiqləyib. Onun sözlərinə görə, ali təhsil ocağının adı yaxın vaxtlarda dəyişdiriləcək. Artıq yeni ad Ədliyyə Nazirliyində də təsdiq edilib:
“Vaxtilə dörd ali məktəbə müstəqillik verilmişdi. Bunlar Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Tibb Universiteti və İqtisadiyyat Universiteti idi. Bu günə kimi bizim ali məktəbin rəsmi adı Azərbaycan Dövlət Neft Akademiyası Məhdud Məsuliyyətli Cəmiyyət (ADNA MMC) idi. Ancaq indi bu ad Azərbaycan Dövlət Neft Akademiyası olacaq. Yəni Məhdud Məsuliyyətli Cəmiyyət sözü adda çıxardılacaq. Akademiya bu ad altında Ədliyyə Nazirliyində qeydiyyata düşüb və nazirlik bunu təsdiqləyib”.
Gültəkin Ələsgər