Bakı-1918: Paytaxtı yandırmaq planı - ÖLÜM YA OLUM?

Bakı-1918: Paytaxtı yandırmaq planı - ÖLÜM YA OLUM?

15 Sentyabr 2020, 12:19

1918-ci ilin yayında Azərbaycan paytaxtı tarixinin ən dəhşətli günlərini yaşaşırdı. Gündəlikdə Bakının birdəfəlik yer üzündən silinməsi kimi məkrli plan vardı. Görkəmli hərb tarixçisi general D. Volkoqonovun yazdığına görə 1918-ci il iyunun 3-də Lenin əlaltısı Stepan Şaumyana belə təlimat vermişdi:

“Terə (həmin dövrdə Bakı Xalq Komissarları Sovetinin neft naziri və Fövqəladə Komissiyanın sədri S.M.Ter-Qabrielyan nəzərdə tutulur – V.Q.) çatdıra bilərsinizmi ki, hücum olacağı təqdirdə Bakını tamam yandırmaq üçün bütün hazırlıq işlərini görsün və bu haqda mətbuata məlumat versin?”.

Hərbi güclə vəziyyəti öz xeyrinə dəyişdirə bilməyən Sovet Rusiyası diplomatik yolla – Brestdə sülh sazişi imzaladığı Almaniya vasitəsi ilə Azərbaycan-türk qüvvələrinin Bakı üzərinə yürüşünü dayandırmağa çalışırdı. Müqabilində isə almanlara neft vəd olunurdu. İ.V. Stalin Lenindən aldığı təlimat əsasında S.Şaumyana 8 iyul 1918-ci il tarixli məktubunda neft məsələsində Almaniyaya güzəştə getməyin mümkünlüyünü, hətta vacibliyini vurğulayaraq yazırdı:

“Almanlar Bakının bizdə qalmasına razıdırlar. Amma əvəzində müəyyən qədər neft istəyirlər. Təbii ki, onların “xahişini” yerinə yetirə bilərik”

Almaniya Bakı neftinə yiyələnmək, yaxud da ondan pay qoparmaq naminə Birinci Dünya savaşındakı müttəfiqi Osmanlı imperiyasını bolşeviklərlə satmağa hazır idi. Tiflisdəki alman diplomatik nümayəndəsi Fridrix fon Şulenburq (1934-1941-ci illərdə Almaniyanın SSRİ-də səfiri, Hitlerə qarşı sui-qəsddə iştirakına görə 1944-cü ildə edam edilmişdi, Nuru paşanın komandası altındakı Qafqaz İslam ordusunun Azərbaycana buraxılmaması üçün Gürcüstana təzyiq göstərirdi– V.Q.) hökumətinin məsələ ilə bağlı ümid və gözləntilərini açıqlayaraq yazırdı:

“Ümumilikdə türklərin Bakını ələ keçirmək imkanları çox da inandırıcı görünmür. Ehtimal ki, (bu bizim üçün ən məqbul variantdır!) məğlub olacaqlar. Əgər bolşeviklərlə anlaşa bilsək, o zaman Bakının neft mədənlərini və şəhərdəki yanacaq ehtiyatlarını tam nəzarətə götürə bilərdik. Yox, əgər onlar (bolşeviklər –V.Q.) məqsədlərinə çatmayıb şəhəri tərk etməli olsalar, o zaman bütün Bakıya od vurub yandıracaqlar. Nəticədə nə türklər, nə də biz neftdən yararlana biləcəyik”.


Vilayət Quliyev,
Azərbaycanın Macarıstandfakı səfiri

Twitter
Sizə yeni tvit var
Keçid et
Putin bu ölkələri hədələdi: Polşa Rusiya ilə müharibəyə hazırlaşır