Modern.az

“Yazıçılar Birliyi məni təhqir edir”

“Yazıçılar Birliyi məni təhqir edir”

Təhsil

21 İyun 2012, 16:21

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, üç uşaq atası, tanınmış şair Şaiq Vəli qarşılaşdığı problemlərlə bağlı Modern.az saytına danışıb. Onun saytımıza danışmasında məqsəd sözünün müvafiq qurumlara yetişməməsidir.

Şaiq Vəli AYB-nin mənzil bölgüsünü özünə qarşı təhqir hesab edir:

“Yazıçılar Birlyi yazarların ev məsələsini həll etdiyini düşünür. Amma dörd şəxs arasında bir mənzilin bölünməsi nə dərəcədə uyğundur? O evlər də nə ev kimi ev, nə də yataqxana kimi yataqxanadır. Mən bu məsələ ilə bağlı bir neçə müvafiq quruma müraciət etmişəm, hətta dəfələrlə məktub da yazmışam. Amma heç bir nəticəsi olmayıb. Mənə nə məktublara, nə də etdiyim müraciətlərə cavab ala bilirəm. Məni AYB-yə çağırıb deyirlər ki, sən niyə o qurumlara müraciət edirsən. Mənə imkan yaratmırlar ki, öz sözümü açıq-aydın deyə bilim. AYB-yə daha nəsə bir söz demək, ya da hansısa bir müraciəti ünvanlamaq mənasızdır. Onlar artıq məni ev məsələsində kifayət qədər təhqir ediblər“.

Şaiq Vəlinin adı Azərbaycan Yazıçılar Birliyinin mənzil siyahısında var. Həmin siyahıda olan 36 nəfərə 9 mənzil ayrılıb. Qərara alınıb ki, mənzillər satılaraq hər mənzilin pulu dörd şəxs arasında bərabər bölünsün.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi