Modern.az

Ermənilər Azərbaycan səfirliyi qarşısında aksiya keçirmək istəyiblər

Ermənilər Azərbaycan səfirliyi qarşısında aksiya keçirmək istəyiblər

Təhsil

21 İyun 2012, 16:40

İyunun 19-da Polşanın rəsmi orqanlarından Azərbaycanın bu ölkədəki səfirliyinin binası qarşısında özlərini heç bir təşkilata aid etməyən 20 nəfərin “Tarixi ədalətsizlik” şüarı altında nümayiş keçirmək istədiyi xəbər verilib.

Azərbaycanın Polşadakı səfirliyindən Modern.az-a bildirilib ki, bununla bağlı Polşa müvafiq strukturları tərəfindən onlara razılıq verilib. Nümayiş keçirəcək şəxslərin kimliyi, hansı təşkilata mənsubluğu və hansı tarixi ədalətsizlikdən danışmaq fikrində olduqları Səfirliyə məlum deyilmiş.

”Lakin zəmanəmizin ən aktual ədalətsizliyinin - Ermənistan tərəfindən Azərbaycan torpaqlarının zəbt olunması və Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən lazımınca dəyərləndirilməməsi səbəbindən Səfirlik məhz bu mövzularda müvafiq hazırlıq işləri aparıb. Adətən Səfirlik ildə bir dəfə Xocalı soyqırımı ilə bağlı tədbir təşkil edir. Lakin çağırılmamış qonaqların gəlməyi bu tədbirin artıq 3-cü dəfə keçirilməsinə və polyak ictimaiyyətinə bu tarixi ədalətsizliklər haqqında bir daha məlumat çatdırmağa əsas verib.
Səfirliyin binasına yaxınlaşanlar hasardan asılan  və Ermənistan təcavüzünü, Xocalı soyqırımını əks etdirən fotoşəkillərlə qarşılaşıblar”.
10-12 nəfərdən ibarət bir qrup erməni Səfirliyin qarşısında nümayiş keçirməyə cəhd ediblər.
Nümayiş iştirakçıları əllərində “Şaumyan Artsaxın bir hissəsidir”, “Azərbaycanlılar tərəfindən işğal olunmuş Şaumyanın artsaxlılara qaytarılmasını tələb edirik” şüarları ilə gəliblər. Bunun müqabilində isə Səfirlik onları yenə də geniş miqyaslı sərgi ilə və daha kəskin şüarlarla qarşılayıb-  “Şaumyan terroristdir, qatildir, cəlladdır”,  “Bütöv Qarabağ Azərbaycanındır” və 20 iyun tarixinin Beynəlxalq Qaçqınlar Günü olduğunu nəzərə alaraq “Ermənistan aqressiyasının nəticəsi – 1 milyon Azərbaycan qaçqını” şüarları ilə çıxıb.

“Manifestasiya” adlandırdıqları və 30 dəqiqə müddətində planlaşdırılan tədbir, 10 dəqiqə gec başlandı, bir o qədər də tez qurtarıb.  




Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi