İyunun 15-də bir qrup ictimai fəal şəxslər tərəfindən “Gənc Ailələrə Sosial və Psixoloji Dəstək” İctimai Birliyi təsis edilib. Bu barədə Modern.az-a birlikdən məlumat verilib. Məlumatda bildirilib ki, birliyin əsas məqsədi gənc ailələrə psixoloji, hüquqi, tibbi və sosial dəstək göstərmək və onların maarifləndirilməsindən ibarətdi. Birliyin sədri jurnalist İradə Cəlilova seçilib.
Birlik müxtəlif dövlət orqanları, beynəlxlaq təşkilatlar, QHT-lər və KİV-lərlə sıx əməkdaşlıq edəcək. Birlik öz fəaliyyətini daha da genişləndirmək üçün artıq müxtəlif Koalisiya və Şəbəkələrə üzvlük üçün müraciət edib. Artıq Yolların Təhlükəsizliyinə Dəstək QHT Koalisiyası Birliyi üzvlüyə qəbul edib.
Modern.az