Modern.az

Milli Məclis deputat olmayanlara da maaş verəcək

Milli Məclis deputat olmayanlara da maaş verəcək

Aktual

16 Sentyabr 2020, 13:47

İntizam Komissiyasında bu şəxslər əməkhaqqı ödənilməklə işləyə bilərlər.

 

Modern.az-ın xəbərinə görə, bu barədə komissiyanın Əsasnaməsində qeyd edilib.

 

Belə ki, İntizam Komissiyasının hüquqi, təşkilati analitik informasiya kargüzarlıq və maddi-texniki təminatı Milli Məclisin Aparatı tərəfindən həyata keçirilir.

 

İntizam Komisiyası rəylərin qəbul edilməsində, daxil olmuş materialların təhlilində və ümumiləşdirilməsində hüquqşünas ekspertlərin köməyindən istifadə edə bilər.

 

Ekspertlər İntizam komissiyasında əməkhaqqı ödənilməklə və ya ictimai əsaslarla işləyə bilərlər.

 

Əməkhaqqı ödənilməklə işləyən ekspertlərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi