"Avro-2012"nin 1/4 final mərhələsində ilk oyun Portuqaliya ilə Çexiya milliləri arasında keçirilib. Matçın favoriti olan portuqaliyalılar ilk yarıda hesabı açmağa yaxın olsalar da buna nail ola bilmədilər. Qarşılaşmanın ikinci yarısında Portuqaliya güclü rəqibini Kriştiano Ronaldonun 79-cu dəqiqədə vurduğu qolla məğlub edərək yarı finala yüksəldi. Çexlər isə mübarizəni dayandırmalı oldular.
Qeyd edək ki, bu gün "Avro-2012"nin 1/4 final mərhələsində daha bir oyun Almaniya ilə Yunanıstan yığmaları arasında keçiriləcək.
Modern.az