Modern.az

Hulusi Kılıc: “Azərbaycanın dırnağına dəyən daş Türkiyənin başına dəymiş sayılır”

Hulusi Kılıc: “Azərbaycanın dırnağına dəyən daş Türkiyənin başına dəymiş sayılır”

Təhsil

22 İyun 2012, 10:19

“Hər zaman Türkiyə Azərbaycanın, Azərbaycan Türkiyənin  yanındadır və bu münasibətlər qarşılıqlıdır”.
Bu  sözləri Modern.az saytına açıqlamasında Türkiyənin  Azərbaycandakı səfiri  Hulisi Kılıç deyib. O, türk generallarının ölkəmizə bir müddət öncəki səfərini belə şərh edib:

“İndi Türkiyə ilə Azərbaycanın hərbi sferada əlaqələri çox sıxdır. Onun üçün də bu səfərlərdə istər-istəməz belə görüşləri təbii qarşılamaq lazımdır. Hər sahədə olduğu kimi, hərbi sahədə də əməkdaşlığımızın artması vacibdir. Qarşılıqlı təcrübələrin paylaşılması, bölüşülməsi bütün vaxtlarda gərəkdir. Deyə bilərəm ki, o ziyarətlər gözəl ziyarətlərdir. Hər iki tərəf  bu səfərlərdən razı qaldı. Mən də bu səfərlərin bəzilərinə qatıldım. Bir sözlə, Quru Qoşunlar komandanlığının, Jandarmanın baş komondirinin ziyarəti təqdirəlayiqdir. Ümumiyyətlə, bu iki qardaş ölkə arasındakı normal səfərlər və qarşılıqlı olaraq bilgi alış-verişi, təcrübə bölüşümü üçün hər zaman gərəklidir”.

Səfir onu da əlavə edib ki, Azərbaycan bu regionda heç bir zaman təklənməz. “Mən belə deyərdim ki, Azərbaycanın dırnağına dəyən daş Türkiyənin başına dəymiş sayılır. Azərbaycan burada heç bir zaman təklənə bilməz. Hər zaman Türkiyə Azərbaycanın, Azərbaycan Türkiyə  yanındadır”.
Eks-prezident Turqut Özalın Azərbaycanda zəhərlənməsi xəbərinə gəldikdə, səfir qeyd edib ki, bu məsələlərdən xəbərsizdir. “Onlar texniki məsələlərdir. O barədə heç nə bilmədiyim üçün bir söz deyə də bilmərəm”, - H.Kılıç bildirib.

Nihadə Eyyubova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi