Modern.az

Ad günü məclisi keçirən qadınlar CƏRİMƏLƏNDİ

Ad günü məclisi keçirən qadınlar CƏRİMƏLƏNDİ

Aktual

17 Sentyabr 2020, 10:33

Səbail rayonunda yerləşən restoranlardan birində bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan  videogörüntülər araşdırılıb.

DİN-dən Modern.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə sentyabrın 14-də keçirilən ad günü məclisinin təşkilatçısı, Abşeron rayon sakini Günel Dəmirova və onun 6 nəfər rəfiqəsi, restoran işçilərindən 4 nəfər müəyyən olunub.

Məclisdə iştirak edən şəxslər və restoranın işçiləri karantin qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI