Modern.az

Daha 9 bölgədə buraxılış imtahanları keçiriləcək

Daha 9 bölgədə buraxılış imtahanları keçiriləcək

Təhsil

22 İyun 2012, 11:58

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 24-də Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Kürdəmir, Ağdaş rayonlarında  orta təhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

Modern.az xəbər verir ki, bu  sözləri TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə imtahan hər bir rayon üzrə saat 10:00-da 11-ci siniflər, saat 15:00-da isə 9-cu siniflər üçün başlayacaq. 11-ci siniflərin buraxılış imtahanının keçirilməsi üçün həmin rayonlarda ümumimlikdə 32 imtahan mərkəzi yaradılıb.
İyunun 24-də həmin rayonlar üzrə 10538 nəfər 11-ci sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur. 9-cu siniflərdə təhsil alan 15018 şagird imtahan verəcək. Onlar üçün bu rayonlarda 32 imtahan mərkəzi ayrılıb.

İmtahan 2 saat davam edəcək. Buraxılış imtahanı ana dili (Azərbaycan dili bölməsinin şagirdləri Azərbaycan dilindən, rus bölməsinin şagirdləri rus dilindən) və riyaziyyat fənləri üzrə keçiriləcək.

Buraxılış imtahanının nəticələri imtahan keçirilən gündən etibarən 5 günədək elan ediləcək. Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyənlər üçün iyulun 4-də buraxılış imtahanı verəcəklər.  

Mail Ağaxanov
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi