Modern.az

Suraxanı rayonunda içməli suyun verilişində fasilə olacaq

Suraxanı rayonunda içməli suyun verilişində fasilə olacaq

Təhsil

22 İyun 2012, 12:02

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. “Azərsu”nun mətbuat xidmətindən  Modern.az-a verilən məlumata görə, abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Sabunçu rayonunda + 110 Şərq su anbarından çəkilmiş 4 kilometr uzunluğunda 800 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.

 Bununla əlaqədar iyun ayının 22-23-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin bəzi yerlərinə, Sülh, M.Gəncəvi, Mehmandarov, N.İsmayılov, S.Qocayev, E.Xəlilov, S.Vurğun, M.Fətəliyev küçələrinə içməli suyun verilməsində fasilələr yaranacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi