Modern.az

Sabiq vitse-prezident: “İran-Azərbaycan münasibətlərində problem görmürəm”

Sabiq vitse-prezident: “İran-Azərbaycan münasibətlərində problem görmürəm”

Təhsil

22 İyun 2012, 12:26

“İranla Azərbaycan arasındakı problemlərin mövcudluğundan xəbərim yoxdur”. Bunu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin 17-ci iclasında iştirak edən İran nümayəndəsi, sabiq vitse-prezident Həsən Qafuri Fərd deyib.

“Hər ikimiz müsəlman ölkəsiyik. Ona görə də münasibətlərimiz çox yaxşıdır. Bildiyim qədər İran ilə Azərbaycan arasında elə böyük bir problem yoxdur. Müştərək tariximiz, dinimiz və qonşuluq münasibətimiz var. İranda çox böyük sayda insan eyni dildə danışır. Sizinlə heç bir problem görmürəm. Problemlər varsa çalışmalıyıq ki, onları həll edək”, – deyə H. Qafuri Fərd Modern.az-a bildirib.

O, qeyd edib ki, bu gün İranın Ali Dini lideri, ölkənin rəhbərliyi də etnik baxımdan azərbaycanlıdır: “İranda əhalinin 30 faizi Azərbaycan dilində danışır. Onlar Şərqi, Qərbi Azərbaycanı, Ərdəbil və Zəncan vilayətlərində yaşayır”.

İran-Ermənistanla münasibətlərindən danışan keçmiş sabiq vitse-prezident deyib: “Bu gün İran-Azərbaycan münasibətləri İran-Ermənistan münasibətlərindən qat-qat güclü və möhkəmdir”.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi