“Berti Foqtsun Polşa yığmasına baş məşqçi getməsi mümkün deyil”. Bu sözləri Modern.az-a açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayil Nərimanoğlu deyib. O bildirib ki, AFFA-nın İcraiyyə Komitəsinin iclasında Berti Foqtsa müqavilənin müddəti 2013-cü ilin sonuna qədər uzadılıb.
“Müqavilə imzalanıb və reallıq odur ki, hazırda Berti Foqts hələ 2013-cü ilin sonuna qədər Azərbaycan milli yığmasının baş məşqçisi olacaq”.
Qeyd edək ki, Polşa yığması Avro-2012-nin ¼ mərhələsi keçə bilməməsindən sonra məşqçisi Frantişek Smuda istefa verib. Onun yerinə isə namizəd irəli sürülüb: yerli mütəxəssis Valdemar Fornalik və alman Berti Foqts.
Aytən Əliyeva