Modern.az

Qənirə Paşayeva Belçikada Qarabağdan danışıb

Qənirə Paşayeva Belçikada Qarabağdan danışıb

Təhsil

22 İyun 2012, 12:41

Belçikada səfərdə olan millət vəkili, Azərbaycan-Belçika Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Belçika Türk Federasiyasının rəhbəri Ömər Zararsız və təşkilatın üzvləri ilə görüşüb.

Görüşdə deputat bildirib ki, dünyanın hər yerində, o cümlədən Belçikada yaşayan azərbaycanlılar və bütün Türk əsilli insanlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizmi, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.

Belçikada təxminən 5 mindən çox azərbaycanlının və 170 mindən çox Türk kökənli insanların yaşadığını vurğulayan millət vəkili bunun çox böyük bir güc olduğunu və  səsimizin  Belçika ictimaiyyətinə  daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğunu və səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini bildirib.

Q.Paşayeva Belçikada və Avropada fəaliyyət göstərən Azərbaycan və türk diaspor  təşkilatlarının koordinasiya olunmuş şəkildə bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da  artırılmasının vacibliyini də diqqətə çatdırıb.

Millət vəkili onlara Avropa parlamentində keçirilən görüşlər və Daglıq Qarabağ münaqişəsi ilə bağlı qurumun mövqeyi, münasibəti ilə bağlı  da onlara ətraflı  məlumatlar verib və geniş müzakirələr aparılıb.

Belçika Türk Federasiyasının rəhbəri Ömər Zararsız Belçikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə birlikdə Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan mədəniyyətinin Belçika  cəmiyyətinə  daha geniş çatdırılması və təbliği istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər. Onlar millət vəkili ilə görüşdə bu istiqamətdə həyata keçirməyi planlaşdırdıqları layihələr barədə məlumatlar verib, təkliflərini səsləndiriblər və onların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

 

 

 

 

 

 

 

 

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi