Modern.az

AŞPA-nın yay sessiyasında Azərbaycanla bağlı məsələ olacaq?

AŞPA-nın yay sessiyasında Azərbaycanla bağlı məsələ olacaq?

Təhsil

22 İyun 2012, 17:15

“AŞPA-da Azərbaycanla bağlı xüsusi məsələnin müzakirəsi nəzərdə tutulmur”. Bunu Modern.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, iyunun 25-dən 29-dək Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında müzakirə ediləcək məsələlər arasında Azərbaycanla bağlı məsələ olmayacaq: “Sessiyada Azərbaycanla bağlı müəyyən məsələlər gündəmdə olur. Amma xüsusi məsələnin müzakirəsi nəzərdə tutulmayıb. Ola bilsin ki, gedişatda, komitələrdə, hər hansı bir şəkildə qruplarda mövzuya qayıdıla bilsin. Amma sessiyanın özündə xüsusi məsələnin müzakirəsi nəzərdə tutulmur. Bütövlükdə bu məsələ gündəmdə deyil”.

Amma millət vəkili onu da bildirib ki, insan haqlarının vəziyyəti ilə bağlı Azərbaycanda müəyyən müraciətlər var. Ona görə də, bu məsələ ilə bağlı AŞPA-nın yay sessiyasında müzakirələr açıla bilər.

Qeyd edək ki, AŞPA-nın yay sessiasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Elxan Süleymanov, Sahibə Qafarova, Fazil Mustafa və Aydın Abbasov daxildirlər.

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi