Modern.az

QHT Şurası növbəti qrant müsabiqəsi elan etdi

QHT Şurası növbəti qrant müsabiqəsi elan etdi

Qarabağ

22 İyun 2012, 18:34

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Şuradan Modern.az-a verilən məlumata görə, Azay Quliyevin sədrliyi ilə keçən iclasda qurumun  rüblük (II-2012) hesabatı, QHT-lər üçün növbəti maliyyə yardımı müsabiqəsinin elan edilməsi və cari məsələlər müzakirə edilib.

Rüblük hesabatı Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov təqdim edib. Hesabatda QHT-lərə dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq, Şuranın 2012-ci ilin ikinci rübü ərzində həyata keçirdiyi tədbirlər öz əksini tapıb. Şura üzvlərinin qeyd və təklifləri nəzərə alınmaqla hesabat qəbul edilib.

QHT-lər üçün növbəti maliyyə yardımı müsabiqəsi elan edilməsilə bağlı Şura katibliyinin icraçı direktoru F.Qurbanovun məlumatı dinlənilib və müsabiqənin müvafiq qaydada elan edilməsi haqqında qərar qəbul olunub (Müsabiqəyə aid elan və sənədlər toplusu ilə Şuranın www.qhtxeber.az  və www.cssn.gov.az  saytlarında 25 iyun 2012-ci il tarixdən etibarən tanış olmaq mümkündür).

Müzakirə edilən cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 


Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu