Futbol üzrə 14-cü Avropa çempionatının ¼ final mərhələsində daha bir oyun keçirilib.Turnirin ən güclülərindən sayılan Almaniya Yunanıstan millisi ilə qarşılaşıb. Matç gözlənilən kimi almanların qəbələsi ilə başa çatdı. Belə ki, 4:2 hesablı qələbə ilə Almaniya turnirin ikinci yarımfinalçısı oldu.
Qeyd edək ki, oyunda qolları Almaniyadan Lam (39), Hedira (61), Kloze (68) və Roys 74, yunanlardan isə Samaras (55) və Salpingidis (89, penaltidən) vurublar.
Modern.az