Suriya Türkiyəyə məxsus döyüş təyyarəsinin vurulmasını təsdiqləyib. Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, rəsmi Dəməşq təyyarənin vurulmasını etiraf etsə də bunun bilərəkdən edilmədiyini bəyan edib. Suriya hökuməti təyyarənin Türkiyəyə məxsus olduğunu bilmədikləri üçün vurduqlarını etiraf ediblər.
Qeyd edək ki, vəzifə uçuşu üçün Malatya Erhaç meydanından havaya qalxan Türkiyəyə məxsus döyüş təyyarəsi dünən Suriya tərəfindən vurulub.
Anar RÜSTƏMOV