Modern.az

Azərbaycanda böyük ensiklopedik sayt yaradılır

Azərbaycanda böyük ensiklopedik sayt yaradılır

23 İyun 2012, 11:04

"2011-2015-ci illər Dövlət Gənclər Proqramı" çərçivəsində Azərbaycanda Böyük Ensiklopedik Sayt yaradılır.

Məlumata görə, bu, Azərbaycanda tək və böyük ensiklopedik sayt olacaq. Saytda yeddi bölmə olacaq və iki dildə (Azərbaycan və ingilis) fəaliyyət göstərəcək.

Layihənin yaranmasında minlərlə gəncin fikri alınıb. YAP Gənclər Birliyinin dəstəyi ilə sayt iyun ayının 30-u istifadəyə veriləcək. Layihənin rəhbəri Jalə Orucova Modern.az-a bunları deyib: “Bu sayt vasitəsilə gənclər istədikləri məlumatları azərbaycanca əldə edə biləcəklər. Saytda incəsənətimizlə, mədəniyyətimizlə, tariximizlə bağlı çox nadir faktlar yerləşdiriləcək. Saytın Azərbaycan gəncliyinə böyük faydası olacaq”.
Sayt azens.az adını daşıyır. Bu Azərbaycan Ensiklopediyası sözlərinin birləşməsidir.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi