Modern.az

Dünyanın ən zəngin adamları kimlərdir?

Dünyanın ən zəngin adamları kimlərdir?

23 İyun 2012, 11:45

Beynəlxalq Valyuta Fondunun apardığı araşdırmalar zamanı adambaşına düşən gəlirə görə dünyanın ən zəngin ölkələri məlum olub. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, dünyanın ən zəngin adamları Qatarda yaşayırlar. Qatarda adambaşına düşən illik gəlir 88 min dollardan çoxdur.

Fondun təqdim etdiyi siyahıda vətəndaşları firəvan yaşayan ikinci ölkə isə Lüksemburqdur. Bu ölkədə insanların illik gəliri minimum 81 min dollar təşkil edir. Üçüncü yerdə isə adambaşına düşən illik gəliri 56,522 dolar olan Sinqapur qərarlaşıb. BVF-in hazırladığı reytinq cədvəlində Norveç ( 52,013 dollar), Bruney(48,992 dollar) və Birləşmiş Ərəb Əmirlikləri 48 min dollar illik gəlirlə əhalisi ən zəngin ölkələrdəndir.

Adambaşına düşən gəliri 47 min dollar olan Amerika isə siyahıda 7-ci yerdədir. Reytinə cədvəlində İsveçrəlilər və Hollandlar da zəngin əhali olarq onluqda yer alıblar.

Anar RÜSTƏMOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi