Modern.az

Həbsdən buraxılanlar Əbülfəz Elçibəyin məzarını ziyarət etdilər - FOTO

Həbsdən buraxılanlar Əbülfəz Elçibəyin məzarını ziyarət etdilər - FOTO

23 İyun 2012, 12:18

Dünən prezidentin əfv fərmanı ilə azadlığa buraxılan bir qrup müxalifətçi bu gün Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin Fəxri Xiyabanda məzarını ziyarət ediblər. Modern.az-ın məlumatına görə, eks-prezidentin xatirəsini Müsavat funksioneri Arif Hacılı, Gülağa Aslanlı, Tural Abbaslı və digərləri yad ediblər.

Qeyd edək ki, sabah Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin doğum günüdür. Ə.Elçibəy O, 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub.

Modern.az

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi