Modern.az

İsaxan Aşurov vəsiyyət edib

İsaxan Aşurov vəsiyyət edib

Ölkə

23 İyun 2012, 12:55

Mərhum vəkilin nəşi hələ ABŞ-dan gətirilməyib

ABŞ-da müalicə aldığı klinikada vəfat edən tanınmış vəkil İsaxan Aşurovun cənazəsi hələ gətirilməyib. Bu haqda Modern.az-a açıqlamasında “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib. Onun sözlərinə görə, mərhumun nəşinin bu axşam Gürcüstana gətirilməsi gözlənilir: “Oğlundan aldığımız son məlumat budur”.

“İsaxan Aşurov Borçalıda doğulub boya-başa çatdığı kənddə dəfn olunmasını vəsiyyət edib” deyən Z.Məmmədli, tanınmış vəkilin dəfn mərasimində iştirak etmək üçün sabah Gürcüstana yola düşəcəyini də söyləyib.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım