Modern.az

AMEA-da işçi qrup yaradıldı

AMEA-da işçi qrup yaradıldı

22 Sentyabr 2020, 19:18

“Azərbaycan dilinin milli orfoepiya lüğəti”nin hazırlanması üçün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) İşçi qrup yaradılıb və bu istiqamətdə müvafiq iş aparılır.

 

Modern.az-ın məlumatına görə, bunu AMEA-nın birinci vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi Şurasının sədri, akademik İsa Həbibbəyli Şuranın iclasında deyib.

 

Akademik bildirib ki, cari ildə 8 dildə Azərbaycan dilinin Milli Transliterasiya Sisteminin yaradılması və təqdimat mərasiminin keçirilməsi, eləcə də “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin çap prosesində olması əlamətdar hadisədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi