Modern.az

Elşad İskəndərov: “Ramazan bayramı üçün tədbirlər planı hazırlamışıq”

Elşad İskəndərov: “Ramazan bayramı üçün tədbirlər planı hazırlamışıq”

23 İyun 2012, 13:06

“Qarşıdan gələn Ramazan bayramı ilə bağlı tədbirlər planı hazırlanıb. Modern.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə artıq tədbirlər planı hazırlanıb. Tədbirlər planında əsas məqsəd maarifləndirmə işinin gücləndirilməsidir.

Elşad İskəndərov deyib ki, sosial şəbəkələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  loqosunun yaradılması üçün elan veriblər. Onun sözlərinə görə loqoyla bağlı müsabiqə keçiriləcək. E.İsgəndərov bütün yaradıcı insanları, rəssamları müsabiqəyə dəvət edib:

”Qoy onlar Azərbaycanın dünyəvi modeli və bütün dinləri və bizim milli-mənəvi dəyərləri əks etdirən loqo modelini layihəsini hazırlayıb, komitənin e-mail ünvanına göndərsinlər”.

Komitə sədri həmçinin əlavə edib ki, müsabiqənin qalib loqosu quruma simvol seçiləcək“Qurani Kərim” və digər müqəddəs dini kitabların ölkəyə gətirilməsi qaydasının sadələşdirilməsi təklifi ilə çıxış etmək niyyətindəyik.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov belə deyib və əlavə edib ki, bunun üzərində işləyirlər: “Hesab edirəm ki, bu prosesin sadələşdirilməsi daha yaxşı olardı və biz bununla bağlı təkliflərlə çıxış edəcəyik”.

Elşad İskəndərovun sözlərinə görə,  hazırda ölkədə dini kitabların satışını həyata keçirən mağazalara xüsusi icazənin verilməsi prosesi gedir.  

“İndiyədək Bakıda 25 belə mağazaya icazə verilib. Bundan əlavə,  müxtəlif yerlərdə, o cümlədən metro keçidlərində və digər obyektlərdə dini kitablar satılır. İcazə verilmə prosesi başa çatdıqdan sonra dini kitabların satışına nəzarət məqsədilə monitorinqlər keçiriləcək”.

Mail Ağaxanov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi