Modern.az

Musa Qasımlı alimlərin forumuna qatılacaq

Musa Qasımlı alimlərin forumuna qatılacaq

23 İyun 2012, 13:35

Milli Məclisin üzvü Musa Qasımlı  Qara dəniz İqtisadi Əməkdaşlığı Təşkilatının qurulmasının 20 illiyi ilə bağlı Türkiyədə keçiriləcək “Yeni üfüqlər  axtarışında: ölkə perspektivləri” mövzusunda beynəlxalq forumunda iştirak edəcək. Bu barədə Modern.az saytına məlumat verən deputat bildirib ki, tədbir Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə İstanbul şəhərində baş tutacaq. M.Qasımlının sözlərinə görə, beynəlxalq foruma təşkilata daxil olan ölkələrin alimləri qatılacaqlar.

Qeyd edək ki, Qara dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı 1992-ci il iyun 25-də 11 ölkənin (Türkiyə, Rusiya, Ukrayna, Azərbaycan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Albaniya, Ermənistan) dövlət başçılarının imzaladıqları bəyannamə ilə qurulub. Sonralar Serbiya bu quruma üzv qəbul edilib. Təşkilatda 13 ölkə - ABŞ, Almaniya, Fransa, İtaliya, Polşa, Avstriya, və b., o cümlədən bir sıra beynəlxalq təşkilatlar  müşahidəçi statusu ilə iştirak edirlər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi