Modern.az

Valeh Ələsgərov Azərbaycan nümayədə heyətini Brüsselə aparıb

Valeh Ələsgərov Azərbaycan nümayədə heyətini Brüsselə aparıb

23 İyun 2012, 15:52

İyunun 20-21-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin (PƏK) növbəti XII iclası keçirilib. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidməti məlumat verib.

Avropa Parlamentinin binasında keçirilən tədbirdə Milli Məclis sədrinin müavini, PƏK-in həmsədri Valeh Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti və Avropa Parlamentinin deputatı, PƏK-in həmsədri Milan Kabrnoxun rəhbərliyi ilə Avropa Parlamentinin nümayəndə heyəti iştirak edib.

İclasda Azərbaycan hökumətini xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Sahil Babayev və ölkəmizin Avropa İttifaqı yanındakı xüsusi nümayəndəsi, səfir Emin Eyyubov təmsil ediblər. Komitənin iclasında Avropa İttifaqı adından təşkilatın Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Filip Lefort, qurumun genişlənmə üzrə komissarı Stefan Füle və Avropa İttifaqının Bakıdakı missiyasının rəhbəri Roland Kobiya qatılıb.

Tədbirdə komitə iclasının gündəliyinə daxil edilmiş məsələlər – Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin bugünkü durumu, siyasi, iqtisadi inkişaf prosesləri, ətraf mühit, daha geniş Qara dəniz regionunda əməkdaşlıq çərçivəsində ölkəmizin rolu, Avropaya inteqrasiya məsələlərinə dair fikir mübadiləsi aparılmış, əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi