Modern.az

İsaxan Aşurov adına mükafat təsis edilib

İsaxan Aşurov adına mükafat təsis edilib

23 İyun 2012, 17:43

Sülh və Demokratiya İnstitutu İsaxan Aşurov adına mükafat təsis edib. Modern.az-ın məlumatına görə, bu barədə Azadlıq Radiosuna İnstitutun direktoru Leyla Yunus məlumat verib.

Onun dediyinə görə, iyunun 23-də təsis edilən mükafat hər il qanun və hüquq uğrunda mübarizə aparan vətəndaşlara veriləcək:

«Sülh və Demokratiya İnstitutu (SDİ) bundan sonra insan hüquqları, demokratiya uğrunda mübarizə aparanlara «İsaxan Aşurov» mükafatı verəcək. Burda məqsəd hər il İsaxan Aşurovu yada salmaqdır. Mənim uşaqlıqdan polisdən xoşum gəlməyib, amma İsaxan Aşurov öz nümunəviliyi ilə məndə polisə qarşı bu təsəvvürləri tamamilə dağıdıb. İsaxan Aşurov böyük hərflə, zabit vicdanı ilə vətənini qoruyub».

 Tanınmış vəkil, sabiq polis rəisi İsaxan Aşurov iyunun 22-də 57 yaşında ABŞ-da müalicə aldığı xəstəxanada vəfat edib. O, bir müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi.  İsaxan Aşurovun cənazəsi iyunun 25 və ya 26-sı ABŞ-dan Gürcüstana gətiriləcək və doğulduğu Bolnisi rayonunun Faxralı kəndində dəfn olunacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir