Modern.az

Əli Həsənov Elmar Vəliyevlə birgə - FOTOLAR

Əli Həsənov Elmar Vəliyevlə birgə - FOTOLAR

23 İyun 2012, 18:02

Modern.az xəbər verir ki, Gəncədə “Sahibkar qadınlar ” İctimai Birliyinin təşkilatçılığı ilə regionlar üzrə gənc sahibkar qadınların istehsal etdiyi məhulların satış-sərgisi keçirilib. Rəsmilərlə yanaşı QHT nümayəndələrinin də iştirak etdiyi tədbirdə 20-dən artıq sahibkar qadın öz istehsal etdiyi məhsulları sərgiyə çıxarıb.

Tədbirdə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Vergilər Nazirliyi, Sahibkarlar Konfederasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları və yerli nümayəndəliklərinin təmsilçiləri, eləcə də nümayəndələri iştirak edib.
PA-nın şöbə müdiri nümayiş etdirilən məhsullarla tanış olub, istehsalçılara təklif və məsləhətlər verib.
12 şəhər və rayondan gələn sahibkar qadınlar müxtəlif geyimlər, yataq dəsti, ev bəzək əşyaları, cehizlik əşyalar, pərdə və süfrələr, milli geyimlər, moda rəsmləri, portet xalçalar, evdə hazırlanan təbii yeyinti və içki məhsullarını nümayiş etdirib.
Paytaxtdan olan işgüzar xanımlar ikinci böyük şəhərdə də bizneslərini nümayiş etdirərək, genişləndirməyi hədəfləyib.
200-dən artıq adda məhsulun nümayiş etdirildiyi sərginin məqsədi sahibkar qadınların bir-bir ilə əlaqələrinin yaranması və istehsal etdikləri məhsulların təbliğ olunmasıdır.




Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi