Modern.az

Əsəd Suriyada yeni hökumət qurdu

Əsəd Suriyada yeni hökumət qurdu

23 İyun 2012, 18:15

Bəşər Əsəd Suriyanın yeni hökumətini təsdiq edib. Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Suriya prezidenti müxalifətin ciddi narazılıqlarından sonra bu gün Nazirlər Kabinetinin yeni heyətini açıqlayıb.

B.Əsəd bir neçə nazirliyə yeni təyinatlar edib. Prezidentin sərəncamı ilə müdafiə naziri, maliyyə naziri, informasiya naziri, səhiyyə naziri daxil olmaqla digər postlara yeni şəxslər təyin edilib. Analitiklərin fikrincə,  Bəşər Əsəd Nazirlər Kabinetinin tərkibini dəyişməklə narazı kütlə ilə münasibətləri normallaşdırmaq niyyətindədir. Bundan sonra da yeni islahatların olacağı gözlənilir.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi