Bu gün Bakı Funikulyorunun təmirdən sonra açılışndan 1 ay ötür. Açılış zamanı bildirilib ki, funikulyor mayın 29-dək paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına pulsuz xidmət göstərəcək. Ərazidə olan Modern.az-ın əməkdaşları funikulyorun hələ də pulsuz xidmət göstərdiyini müşahidə ediblər. Funikulyor əməkdaşı hələ də qiymətlərin dəqiqləşmədiyini bildirib. Onun sözlərinə görə, bu nəqliyat vasitəsində istifadə bu gün pulsuz olsa da, sabahı bilinmir.