Bu gün Azərbaycanın eks-prezidenti , Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günüdür. Bu münasibətlə İctimai Palataya daxil olan və olmayan siyasi partiyaların liderləri, üzvləri, fəalları mərhum prezidentin Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
Anım mərasiminə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədir Mirmahmud Mirəlioğlu, AXP lideri Pənah Hüseyn və başqaları qatılıblar.Mərasimdə mərhum prezidentlə bağlı geniş nit söylənilib.
Qeyd edək ki, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub.
Modern.az