Modern.az

Misirin yeni prezidenti məlum oldu

Misirin yeni prezidenti məlum oldu

Təhsil

24 İyun 2012, 21:21

Misirdə 30 illik Hüsnü Mübarək rejimi devrildikdən sonra keçirilən ilk prezident seçkisinin nəticələri rəsmi olaraq açıqlanıb. Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Müsəlman qardaşlar” hərəkatının namizədi Məhəmməd Mursi seçkilərdə qalib gələrək Misirin yeni prezidenti seçilib.

Misir Mərkəzi Seçki Komissiyasının açıqlamasında bildirilib ki, Misirin yeni prezidenti Məhəmməd Mursi  51,3 faiz səs toplayıb. Köhnə rejimin son baş naziri Əhməd Şefik isə 48,7 faiz səslə ikinci olub. Mursinin prezident  elan edilməsinidən sonra Təhrir Meydanında sevinc nümayişləri başlayıb.

Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetini bitirən Məhəmməd Mursi ixtisasca mühəndisdir. 1982-ci ildə ABŞ-ın Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib.

1992-ci ildə “Müsəlman qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib. 2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb. 2011-ci ilin aprelində “Müsəlman qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasına rəhbər seçilib.

Bu arada keçmiş prezident Hüsnü Mübarəkin vəziyyəti kritik olaraq qalır.


Modern.az
   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi