Modern.az

Leysan nəticəsində metro stansiyalarını su basıb

Leysan nəticəsində metro stansiyalarını su basıb

Aktual

24 Sentyabr 2020, 20:55

İspaniyanın paytaxtı Madriddə yağan aramsız yağış şəhər metropoliteninin işinə ciddi təsir göstərib.

Modern.az xəbər verir ki, yağış metro qatarlarının hərəkətində fasilələrə səbəb olub. Bir neçə stansiya suyun altında qalıb.

Metro stansiyalarına giriş-çıxış dayandırılıb.

Bundan başqa leysan şəhərətrafı elektrik qatarlarının işinə təsir göstərib. Dəmir yollarının müəyyən hissələri hərəkət üçün tam bağlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi