NATO-ya üzvü ölkələrin daimi nümayəndələrindən ibarət Şimali Atlantika Şurası (NAC) Türkiyənin çağırışı ilə çərşənbə axşamı Brüsseldə toplanacaq. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, rəsmi Ankaranın tələbi ilə 9 ildən sonra NATO ölkələri Türkiyə ilə bağlı məsələni müzakirə etmək üçün biraraya gələcək.
Görüşün gündəliyində Türkiyəyə məxsus qırıcı təyyarənin Suriya tərəfindən vurulması durur. Türkiyə tərəfi vəziyyətin ciddiliyini nəzərə alaraq baş verən hadisəyə hüquqi qiymətin verilməsini tələb edib. Toplantıda Suriyaya qarşı ciddi sanksiyaların tətbiq ediləcəyi gözlənilir.
Suriya mövzusu bazar ertəsi Lüksemburqda bir araya gələcək Avropa Birliyi xarici işlər nazirlərinin da gündəmində olacaq.
Qeyd edək ki, Suriya tərəfi Türkiyəyə məxsus təyyarəni vurduqlarını etiraf edərək bunu bilmədən etdiklərini vurğulayıblar.
Anar RÜSTƏMOV