Modern.az

Dağlıq Qarabağ Avropa parlamentində - NƏLƏR MÜZAKİRƏ EDİLİB?

Dağlıq Qarabağ Avropa parlamentində - NƏLƏR MÜZAKİRƏ EDİLİB?

Təhsil

25 İyun 2012, 12:42

Bir neçə gün öncə Avropa Parlamentində Qarabağla bağlı geniş müzakirələr olub.

Müzakirələrlə bağlı Modern.az saytına Azırbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvü Fuad Muradov məlumat verib.

Qarabağla bağlı hesabat hazırlanıb

Birinci heyət Elxan Süleymanovun rəhbərliyi ilə iyunun 17-dən 20-ə dək səfərdə oldu. Həmin qrupda Qüdrət Həsənquliyev, Fazil Mustafa,  Asim Mollazade, Azay Quliyev, Qənirə Paşayeva və mən iştirak etmişəm. Bizim önəmli görüşlərimiz oldu.

Qeyd edim ki, bizim qrupdakı millət vəkilləri çox fəallıq göstərərək, ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak etdilər. Mən bir neçə görüşü xüsusi vurğulamaq istəyirəm. Bizim nümayəndə heyəti ilə Avropa Xalq Partiyasının nümayəndə heyətlərinin görüşü olub. Həmin görüşdə Avropa Parlamentinin keçmiş prezidenti canab Buzik iştirak edirdi.. Çox məhsuldar bir görüş oldu. Bu görüşdə biz Azərbaycanda gedən proseslər, Azərbaycanla, Dağlıq Qarabağla bağlı məsələlər müzakirə edildi. Avro parlamentarilərin yanaşma tərzi bizə maraqlı gəldi. Onlar da vurğuladılar ki, Dağlıq Qarabağ münaqişəsində Avropa Parlamenti daha fəal iştirak etməlidir.

Ayın 20-də Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Filip Lefortun və Böyük Britaniya, Polşanın beyin mərkəzlərinin iştirakı ilə Avropa Parlamentinin  Müdafiə və Təhlükəsizlik alt komutəsinin təşəbüsü ilə dinləmələr keçirildi. Dinləmənin adı “Dağlıq Qarabağda Təhlükəsizlik vəziyyəti” adlanırdı. Bu Avropa Parlamentinin binasında oldu və çox geniş bir şəkildə baş tutdu. Biz iclasda aktiv iştirak etdik, Avropa deputatları da fəallıq göstərdilər. Müzakirələr çox böyük marağa səbəb olmuşdu. Müzakirələrlə bağlı hesabat hazırlanıb və o bizdədir. Yəqin ki, biz bu hesabatı mətbuata təqdim edəcəyik ki, ictimiyyətdə bununla tanış olsun. Bizim orada çıxış etmək hüququmuz yox idi, ancaq müşahidəçiydik. Düzdür, bizim narahat olduğumuz məsələlər var idi. Bu məsələlərdən biri Azərbaycanın sürətli silahlanması ilə bağlı səsələnən fikirlər idi. Eyni zamanda fikirlər səsləndi ki, guya Aərbyacanın digər ölkələrlə hərbi əməkdaşlıq planları var. Təbii ki, qərəzli yanaşmalar çox idi.

Avroparlamentarilər açıq dedilər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib

Buna baxmayaraq, Avropa deputatlarının çıxışlarında Azərbaycanın haqlı mövqeyi səsləndi. Məsələn, cənab Lazbiktisin fikri çox böyük marağa səbəb oldu. O, bildirdi ki, biz burada nədən danışırıq? Biz əvvəlcə münaqişənin dili, lüğəti ilə bağlı öz fikirlərimizi bildirməliyik. Bu münaqişə deyil. Burada Azərbaycanın torpaqlarının iğalından söhbət gedir. O, qeyd etdi ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Siz isə burada münaqişə, cəbhə xəttindən danışırsınız. Burada işğaldan söhbət getməlidir. Və biz bunu açıq bildirməliyik.

Görüşdə İsveçli deputat öz fikrini çox kəksin bildirdi. O, qeyd etdi ki, biz neçə ildir müzakirə aparırıq, amma başa düşümürək ki, məsələ nədir? Deputat əlavə etdi ki, Ermənistanın silahlı qoşunları torpaqlardan çıxmalıdır.

Orada ermənipərəst deputatların da çıxışları oldu. Təbii ki, onlar Azərbaycanı silahlanmada günahlandırdılar. Amma ümumiyyətlə, görüşdə on deputat çıxış etdi. Onların əksəriyyəti Azərbaycanın haqlı və ədalətli mövqelərini səsləndirdilər. Onlar sərbəst öz fikirlərini ifadə etdilər.

Qarabağ məsələsi Rusiya, Ermənistan- Azərbaycan problemi adlandırılıb Maraqlı məsələlərdən biri də odur ki, həmin deputatlardan biri bildirdi ki, münaqişəni Azərbaycan, Ermənistanın yox Rusiya, Azərbaycan, Ermənistan münaqişəsi saymaq olar. Çünki, Rusiya açıq şəkildə Ermənistanı dəstəkləyir. Bu dinləmələr 2 saat davam etdi. Bundan sonra isə qurumun Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Filip Lefort öz fikirlərini bildirdi. Mən çox təəsüf edirəm ki,  bu şəxsin regionla bağlı dərin məlumatı yox idi.  Regionu yaxşı tanımırdı, ümumi sözlərlə, heç bir məsələyə mövqe bildirmədən öz fikrini bildirdi.

Vitse-prezident Azərbaycana gələcək...

Bundan başqa mənim də görüşlərim oldu. Avropa parlamentinin vitse prezidenti Yasek Protasyeviçlə çox maraqlı görüş oldu. Bu şəxs həm də Şərq tərəfdaşlıq ölkələrinə cavbdehdir.

Onunla çox geniş müzakirəmiz oldu. O Xalq Partiyasının üzvüdür.  O da bildirdi ki, biz Azərbaycanı daha yaxşı tanımalıyıq.  Azərbaycanla istər Assosasiya sazişi, istərsə də digər əlaqələr çərçivəsində istəyirik ki, Azərbaycanı daha yaxsı tanıyaq.

Daha sonra  Avropa Parlamentinin  digər vitse prezidenti cənab Piterlə görüşümüz oldu. O da sosialistləri təmsil edir.  Biz onu Azərbaycana dəvət etdik.  O da buna çox böyük maraq göstərdi və qeyd etdi ki,  Azərbaycana gələcək. Əsas odur ki, biz  razılığa gəldik ki, bu cür  görüşləri mütəmadi edək. Mən inanıram ki, bu belə də olacaq. Biz bu insanlarla daha tez-tez görüşəciyik.

Əməkdaşlıq Komitıəsinin iclasında məlum oldu ki, ....

Sonra Avropa Əməkdaşlıq Komitəsinin iclası başladı. Bu ayın 20-dən 21-nə qədər davam etdi. 

Valeh Ələsgərov, Rövşən Rzayev, Çingiz Əsədullayev, İlyas İsmayılov, Rauf Əliyev, Ülvi Quliyev və mən burada iştirak etdim.

Orada da Avropa Qonşuluq Siyasəti üzrə Komissarı cənab Fule iştirak etdi.  O Avropa Birliyinin genişlənməsinə cavabdeh olan şəxsdir. Məncə bu şəxslə də maraqlı fikir mübadiləsi aparıldı. O öz çıxışlarında bildirdi ki, Azərbaycanı daha yaxşı tanımaq istəyir. Qeyd etdi ki,  hər hansı məsələyə fikir bildirmək üçün həmin regionu daha  yaxından tanımaq lazımdır. Fule öz fikirlərini çox açıq şəkildə bildirdi. O özünü narahat edən məqamlara da toxundu  və biz də  çalışdıq ki, onu narahat edən suallara cavab verək. Biz də qeyd etdik ki, apardığımız islahatlar sizin tərəfdən düzgün qəbul edilsin. O da bildirdi ki, biz istəyirdik ki, sizdə daha dərin islahatlar aparılsın. Digər tərəfdən xüsusi nümayəndə cənab Lefortun məruzəsi,  sual-cavabımız oldu. Bizim nümayəndə heyəti ona çoxlu suallar verdi.  Artıq ikinci dəfə əməkdaşlıq komitəsinin iclasında bizim üçün onunla görüşmək çox vacib idi.  Biz cənab Lefortun  bu məsələdən nə qədər uzaq olmasının şahidi olduq. Bizi narahat edən məsələ odur ki, bir çox məsələlərdə ədalətli mövqeyi nümayiş etdirə bilmir. Məlumat bəlkə də azdır, ondan irəli gəlir. 

 

Modern.az

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi