Modern.az

Sabah 36 dərəcə isti olacaq

Sabah 36 dərəcə isti olacaq

Təhsil

25 İyun 2012, 13:46

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 26-da hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 20-23 , gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

 Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə  iyunun 26-da hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

 Havanın temperaturunun gecə 19-24, gündüz 32-37 , dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir

Qeyd edilib ki, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Modern.az

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi