Modern.az

Elçin Əlibəyliyə təzə vəzifə verildi

Elçin Əlibəyliyə təzə vəzifə verildi

Media

25 İyun 2012, 14:58
Publika.az xəbər portalının rəhbərliyində dəyişiklik edilib. Modern.az xəbər verir ki,  tanınmış telejurnalist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli Publika.az saytının baş direktoru təyin edilib. E.Əlibəyli sayta rəhbərliyi qəbul etməsini Publika.az-ın uğurlu fəaliyyəti və yeni yaranmasına rəğmən, oxucu auditoriyasının günbəgün genişlənməsilə izah edib.
 
Bu vaxtadək sayta rəhbərlik edən Qurban Yaquboğlu Publika.az-ın şef-redaktoru vəzifəsini icra edəcək.
 
Elçin Əlibəyli bu gündən Publika.az-ın baş direktorudur.
 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi