Modern.az

“Avro-2012”nin yarımfinalını türk hakim idarə edəcək

“Avro-2012”nin yarımfinalını türk hakim idarə edəcək

25 İyun 2012, 16:55

Futbol üzrə Avropa Çempionatında İspaniya ilə Portuqaliya arasında oynanılacaq yarımfinal matçını türkiyəli hakim Cüneyt Çakır idarə edəcək. Modern.az-ın məlumatına görə, UEFA-nın   şərhində belə deyilib. UEFA yarımfinal oyunlarını idarə edəcək hakimlərin artıq təyin olunduğunu bəyan edib.
27 iyun tarixində Ukraynanın Donetsk şəhərində keçiriləcək İspaniya-Portuqaliya yarımfinalını türk hakim, 28 iyunda Polşanın Varşava şəhərində keçiriləcək Almaniya-İtaliya yarımfinalını isə fransız referi Stefane Lannoy idarə edəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi