Modern.az

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Rəsul Quliyevə cavab verdi

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Rəsul Quliyevə cavab verdi

25 İyun 2012, 17:26


ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyev müsahibələrinin birində Yeni Azərbaycan Partiyasının mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetini “sarı mətbuat”, “bir qrupun divar qəzeti” adlandırıb. R.Quliyevin “Yeni Azərbaycan” qəzetinə verdiyi qiymət iqtidar düşərgəsində hiddət doğurub.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Modern.az-a açıqlamasında eks-spikerə belə cavab verib:
““Yeni Azərbaycan” qəzeti haqqında kim qeyri-ciddi ifadə işlədirsə, hesab edirik ki, onun özü qeyri-ciddi adamdır”.

Baş redaktorun sözlərinə görə, “Yeni Azərbaycan” qəzeti ölkəinin ən kütləvi və populyar KİV-lərindən biridir.
”Bir çox qəzetlərdən fərqli olaraq, özünün ciddi və ictimai-siyasi qəzet simasını qoruyub saxlaya bilmişdir. Ona görə də belə sevilən, siyasi-ictimai platformada söz sahibi olan və ciddi bir siyasi partiyanın mətbuat orqanı olan qəzet haqqında qeyri-ciddi danışmaq bu cür qeyri-ciddi insanların işidir”.

Hikmət Babaoğlu bildirib ki, bu məsələyə bundan artıq münasibət bildirməyə dəyməz.

Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi