Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 silahsız kəşfiyyat təyyarəsi iyunun 22-də qısa müddətə Suriyanın hava sərhədlərini pozduqdan sonra Suriya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Təyyarənin iki pilotundan xəbər olmadığı üçün onların öldüyü güman olunur. Təyyarənin vurulmasından sonra iki dövlət arasında gərginlik getdikcə artır. Türkiyə Baş naziri Ərdoğan bu gün də olayla bağlı müxalifət liderləriylə təkbətək görüşəcək.
Təyyarənin vurulmasından sonra Türkiyə və Suriya arasında vəziyyətin gərginləşdiyi məqamda maraqlı olay baş verib. Suriyanın 1 general, 2 polkovnik, 2 mayor, 1 baş leytenant ilə 33 əsgəri Türkiyə tərəfə keçib. Suriya ordusundan ayrılan hərbçilər gecə saatlarında Türkiyədə yerləşən Hatayın Reyhanlı mahalına bağlı Kavalcık, Kuşaklı kəndlərinə çatıblar.
Artıq bu problemə əlaqədar olaraq Türkiyə və Suriyanın hərbi gücü də müqayisə olunur. Modern.az saytı türk mətbuatına istinadən rəqəmləri təqdim edir. Rəqəmlərlə iki ölkənin hərbi gücü aşağıdakı kimidir:Əsgər sayı
Türkiyə: 612 min 900
Suriya: 304 min
Təyyarə sayı
Türkiyə: 1940
Suriya: 83
Tank sayı
Türkiyə: 4 min 300
Suriya: 5 min 300
Yerdəki silah sistemləri
Türkiyə: 69 min 774
Suriya: 25 min 406
Dəniz gəmiləri
Türkiyə: 265
Suriya: 19
Top sistemləri
Türkiyə: 1838
Suriya: 2 min 160
Sualtı gəmi
Türkiyə: 16
Suriya: 0
Təyyarə daşıya bilən gəmi
Türkiyə: 19
Suriya: 2
Mina ovlayan gəmi
Türkiyə: 20
Suriya: 4
Zirehli maşın daşıyan gəmi
Türkiyə: 55
Suriya: 3
Anar Kəlbiyev