Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Modern.az Prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları Polkovnik Ayaz Binyət oğlu Həsənov, polkovnik Qorxmaz Şahmar oğlu Qarayev və polkovnik Vaqif Məmməd oğlu Məmmədova general-mayor ali hərbi rütbəsi verilib.
Modern.az