Modern.az

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi müəllim axtarır

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi müəllim axtarır

26 İyun 2012, 10:51

2012-2013-cü tədris ili üçün Heydər Əliyev adına Müasir Təhsil Kompleksi  9 ixtisas üzrə müəllim axtarır. Modern.az xəbər verir ki, Kompleks aşağıda qeyd olunan vəzifələri tutmaq üçün müsabiqə elan edir:

1.    Riyaziyyat kafedrası  -  müəllim (ingilis dilini bilənlərə üstünlük verilir)

2.    Rus dili kafedrası    -   müəllim

3.    Avropa dilləri kafedrası  -  müəllim

4.    Avropa dilləri kafedrası  -  laborant

5.    Tarix kafedrası  - müəllim

6.    Fizika kafedrası – müəllim

7.    Azərbaycan dili və ədəbiyyat kafedrası – müəllim

8.    İbtidai təhsil kafedrası -  müəllim-assistent

9.    Sinif rəhbəri 

Müsabiqədə iştirak etmək istəyənlər www.mtk.edu.az saytında qeydiyyatdan keçə bilərlər.

Məlumatda o da bildirilir ki, sinif rəhbəri vəzifəsinə qəbul zamanı riyaziyyat, fizika, kimya və coğrafiya ixtisaslı müəllimlərə üstünlük verilir.

Əlavə məlumat almaq istəyənlər  (012) 596-71-73  şəhər telefonu ilə əlaqə saxlaya bilərlər.

Kompleks 2012-2013-cü tədris ilində ödənişsiz və ya güzəştlə təhsil almaq üçün Azərbaycan bölməsinin X, XI siniflərinə şagird qəbulu elan edir. Məktəbə qəbul imtahanla (ixtisas qrupunun fənləri üzrə) keçiriləcək. İmtahanda iştirak etmək üçün  www.mtk.edu.az qeydiyyatdan keçə bilərlər. İmtahana buraxılış vərəqəsini almaq ücün aşağıdakı sənədləri məktəbin tədris hissəsinə təqdim edilməlidir. Şəkilli şəxsiyyət vəsiqəsinin surəti  (əgər yoxdursa doğum haqda şəhadətnamənin surəti və məktəb və ya yaşayış yerindən şəkilli arayış), iki ədəd 3x4 sm ölçüdə rəngli şəkil.

Sənədlərin qəbulu və imtahanın keçirilmə tarixi barəsində məlumat sizə əvvəlcədən bildiriləcək. Əlavə məlumat almaq  istəyənlər 012 596-71-73 nömrəli telefon nörəsinə zəng vura bilər.

 Modern.az

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi