Modern.az

Sonuncu buraxılış imtahanlarının nəticələri açıqlanıb

Sonuncu buraxılış imtahanlarının nəticələri açıqlanıb

26 İyun 2012, 16:16

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 24-də respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən Şəki, Baləkən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaş da orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahan nəticələri qurumun rəsmi internet saytında yerləşdirilib.

( XI sinifin buraxılış imtahanlarının nəticələri - (//www.tqdk.gov.az/orta2012net/ , IX sinifin imtahan nəticələrini isə //www.tqdk.gov.az/orta2012net9/).

Qeyd edək ki, imtahanlarda 11 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən başqasının yerinə imtahana girmə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunubdur.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi